Bakıda dəbdə olan veyperlərə (elektron siqaret çəkən) aid məhsullar təqdim edən mağazalar artır.
Unikal.org bakupost.az-a istinadən xəbər verir ki, elektron siqaret üçün spirallar, kremlər və ətirlər əldə etmək mümkündür.
Elektron siqaretlər üçün milli ətirlərlərin bəziləri fins.az tərəfindən açıqlanıb.
"Leyli və Məcnun" - 4 müxtəlif təamda çiyələk ətirli krem. 30 ml. - 8 AZN;
"Sabirabad gecələri" - çiyələk və qarpızın klassik birləşməsi + dragonfruit. 30 ml. - 8 AZN;
"Sarı gəlin" - darçın və şirin südlü kremin balansı. 100 ml. - 20 AZN;
"Koroğlu"- bal, fındıq, qaymaq və bananın qarışığı. 100 ml. - 20 AZN.