Azərbaycan Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun səhhətində problem yaranıb.
Unikal.org-un APA-ya istinadən məlumatına görə, deputat Mərkəzi Klinik Xəstəxanasında müalicə olunur.
Beyindaxili təzyiqdən əziyyət çəkən deputat iki gün əvvəl ağır vəziyyətdə klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.
Yaxınlarının verdiyi məlumata görə, vəziyyəti orta stabildir.