Bakıda 15 gün əvvəl özünü yandıran şəxs xəstəxanada ölüb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, mayın 24-də paytaxtın Səbail rayonu, Neftçilər prospektində özünü yandıran, 1953-cü il təvəllüdlü Manafov Ramiz Manaf oğlu aldığı yanıq xəsarətlərindən müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.