Bakıda avtomobil dayanacağa çırpılıb, xəsarət alanlar var.
Unikal.org xəbər verir ki, bu barədə apa-ya Suraxanı rayon Polis İdarəsindən məlumat verilib.
Bildirilib ki, Yeni Suraxanı qəsəbəsində Bakı şəhər sakini Hüseyn Novruzovun idarə etdiyi "Nissan markalı avtomobil idarəetməni itirərək dayanacağa çırpılıb. Nəticədə dayanacaqda olan üç nəfər - 1978-ci il təvəllüdlü Tahirə Mahruzova, 1986-cı il təvəllüdlü Həsən Əliyev və orta yaşlı kişi xəsarətlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.