Türkiyədə təqaüddə olan zabit ikinci həyat yoldaşından olan 1.5 yaşlı oğlunu və özünü öldürərək intihar edib.

Uniakl.org xəbər verir ki, Türkiyənin Eskişehir vilayətində təqaüddə olan 47 yaşlı hərbiçi Ramazan Yılmaz idarə etdiyi avtomobildə 1,5 yaşlı oğlu Həsən Polatcanı öldürdükdən sonra özüdə intihar edib.

Ramazan Yılmazın özünü və övladını güllələməsinin səbəbi bilinməsədə onun yazdığı məktub hər kəsi şok edib:

'Məni oğlum ilə birlikdə yan-yana basdırın. Başqa yerə bunu etməyin. Oğlumu kimsəyə əmanət edə bilməzdim'.