Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi davam edir.

Unikal.org Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən üç ölkənin xüsusi təyinatlı qüvvələrinin "Qafqaz Qartalı birgə təlimi davam edir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kontingentinin də iştirak etdiyi təlim iyunun 14-dək davam edəcək.