Samux rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, rayon sakini Şammədov Bilal "VAZ 2109 markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 2006-cı il təvəllüdlü İsmayılov Sübhan Mehman oğlunu vurub. 11 yaşlı uşaq hadisə yerində keçinib.

Faktla bağlı Samux rayon Polis İdarəsində araşdırma aparılır.