Bakıda intihara cəhd hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunun Mircəlal küçəsi, 50 ünvanında qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Şıxıyev Samir Müseyib oğlu bıçaqla özünə bir neçə dəfə xəsarət yetirərək intihara cəhd edib. O, çoxlu qan itirərək xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.