Bakıda elektrik faciəvi şəkildə ölüb.

Unikal.org xəbər verir ki,  hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Balaxanı qəsəbəsində 1990-cu il təvəllüdlü Ruslan Səlimov taxtadan olan elektrik dirəyinə qalxarkən dirək qırılıb. Nəticədə o, dirəklə birlikdə yerə çırpılıb və baş beynindən ağır xəsarət alaraq hadisə yerində ölüb.

Qeyd edək ki, R.Səlimov Balaxanı qəsəbəsində elektrik kimi fəaliyyət göstərib.

Faktla bağlı araşdırma aparılır.