Mingəçevirdə batmaq təhlükəsi ilə üzləşən azyaşlı xilas edilib.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Mingəçevir Su anbarında 1 azyaşlının çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. 

Dərhal xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq azyaşlını sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.