Sabirabad rayonunda intihar hadisəsi baş verib.
Unikal.org-un apa-ya istinadən məlumatına görə, Sabirabad rayon sakini, 1946-cı il təvəllüdlü Məmmədova Aminə Fəttah qızı özünü həyətdə yerləşən çardaqdan asıb. Yaxınları onu asılmış vəziyyətdə aşkar ediblər.
Qadının onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.