Fövqəladə Hallar Nazirliyi "Sədərək Ticarət Mərkəzində yanğınla əlaqədar məlumat yayıb.

Unikal.org-un xəbərinə görə, məlumatda bildirilir ki, ticarət mərkəzində ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 305 m2 olan mağazaların yanar konstruksiyaları ümumilikdə 295 m2 sahədə və 1 ədəd "Beko markalı kondisioner yanıb. Yüksək temperaturdan yaxınlıqda yerləşən ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 63 m2 olan 2 mağazanın lambirdən ibarət tavanı və 1 ədəd "Samsung markalı kondisionerin üzlüyü əriyib.

Yanğın zamanı ölən və ya xəsarət alan olmayıb.

xxx

"Sədərək Ticarət Mərkəzində 2 mağazanın dam örtüyü ümumilikdə 150 m2 sahədə yanıb.

Unikal.org-un xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin açıqladığı məlumatda bildirilib.

Yanğının yayılmasının qarşısı alınıb, tam söndürülməsi istiqamətində müvafiq işlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

xxx

"Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.

Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, yanğın iki mağazanı əhatə edib. Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

Əlavə məlumat veriləcək.

xxx

Bakıdakı "Sədərək Ticarət Mərkəzində yanğın başlayıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda "Sədərək Ticarət Mərkəzində yanğın hadisəsi baş verməsi haqqında məlumat daxil olub. Dərhal nazirliyin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunaraq yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Əlavə məlumat veriləcək.