Şəmkir rayon sakini ağacdan yıxılaraq ağır xəsarət alıb.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, hadisə rayonun Cinarlı qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1992-ci il təvəllüdlü İlahə Musa qızı Nəbiyeva qarnın kəsilmiş-deşilmiş yarası ilə Şəmkir Rayon Mərkısi Xəstəxanasına yerləşdirilib.

Həkimlər tərəfindən əməliyyata alınan qadının vəziyyətinin orta-ağır olduğu bildirilir. Yaxınlarının dediyinə görə, İ.Nəbiyeva həyətlərindəki ağacdan yıxılıb.
Faktla bağlı isə Şəmkir Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.