Bərdədə iki yük avtomobili toqquşub, ölən var.

 Unikal.org-un apa-ya istinadən xəbərinə görə, hadisə rayonun Ləki kəndi ərazisində qeydə alınıb. Bərdə rayon sakini 1961-ci il təvəllüdlü Süleymanov Zülfüqar Hüseyn oğlunun idarə etdiyi "Qazel markalı yük maşını qarşıda gedən "Shacman markalı yük maşınına çırpılıb. Nəticədə Z.Süleymanovun idarə etdiyi "Qazel markalı maşında sərnişin hadisə yerində həyatını itirib.

Hadisə yerinə DYP əməkdaşları və FHN-nin xilasediciləri cəlb edilib.

Qəzanın səbəbləri və ölən şəxsin kimliyi müəyyənləşdirilir.