Bu gün Bərdə rayonu, Otuzikilər kəndində vətəndaşa məxsus ümumi sahəsi 105 m2 olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Unikal.org-un  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 07:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***
Masallıda kafe yanaraq külə dönüb.

Hadisə Masallının Mahmudavar kəndində qeydə alınıb. 

Kənd sakini Kərimov Əzizağaya məxsus "Qamaş kafesində qəfil yanğın baş verib. Dərhal hadisə yerinə FHN-nin Masallı və Lənkəran yanğından mühafizə hissəsinin canlı qüvvəsi və hər rayondan bir texnika cəlb olunub. Ümumi sahəsi 220 kv.m olan kafe içindəki əşyalarla birlikdə yanaraq kül olub. Qısa müddət ərzində yanğın lokallaşdırılaraq yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Hadisəyə səbəb kimi elektrik naqillərində yaranan qısaqapanma göstərilir.

Faktla bağlı araşdırma aparılır.