Şəmkir-Gədəbəy yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə avtomobil yolunun "Yasamal aşırımı adlanan hissəsində, Şəmkir rayonu ərazisində qeydə alınıb.

"Qazel markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində xəsarət alan 2 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyətinin normal, digərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.