Bakı sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib.

Unikal.org lent.az-a  istinadən xəbər verir ki, iş adamı Bahəddin Xudayev Nərimanov rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, 2011-2014-cü illər ərzində Gürcüstan vətəndaşı Sahib Qasımova biznesi ilə bağlı 134 min manat verib. Lakin həmin şəxs xeyli vaxt keçməsinə baxmayaraq pulu geri qaytarmayıb.

Müraciət əsasında araşdırma aparılır.