Maştağa qəsəbəsində, Məmmədyarov dairəsi deyilən ərazidə yol qəzası baş verib.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, 99-DO-694 dövlət nömrə nişanlı "Mersedes"lə taksi fəaliyyəti ilə məşğul olan şəxs piyadanı vurub. Hadisədən bir neçə dəqiqə sonra o keçinib.

Kimliyi məlum olmasa da, piyadanın 17-18 yaşında yeniyetmə olduğu bildirilir.

Şahidlərin sözlərinə görə, sürücü piyadanı vurandan sonra xəstəxanaya aparmaq istəsə də, o, yolda dünyasını dəyişib.

Hadisə yerinə gələn polis əməkdaşları sürücünü həbs ediblər.