Şəmkir sakini zəhərlənib.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, rayonun Seyfəli kənd sakini, 1987-ci il təvəllüdlü İsrafilova Gilas Şahməddin qızı kimyəvi maddə ilə zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib.

Qadının hansı şəraitdə zəhərləndiyi dəqiq bilinməsə də, onun saç şampunundan zəhərləndiyi ehtimal edilir.