Bakının Nizami rayonunda bədbəxt hadisə baş verib.

Unikal.org report.az-a istinadən bildirir ki, İlqar Həbibov küçəsində 1966-ci il təvəllüdlü Yusifova Reyhan Ənvər qızının başına dəmir parçası düşüb.

Nəticədə o, açıq kəllə-beyin travması alıb. R.Yusifova xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.