Fövqəladə Hallar Nazirliyi Tovuz rayonunun Ağdam kəndində baş verən yanğınla bağlı məlumat açıqlayıb.

Unikal.org-un nazirliyin saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 250 m2 olan birmərtəbəli inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 170 m2 sahədə yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

14:13

Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Ağdam kəndində yanğın hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, yanğın Ağdam kənd orta məktəbinin binasında qeydə alınıb. Günorta saatlarında baş verən yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

Hazırda alovun qarşısının alınması üçün tədbirlər görülür. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.