Samuxda 3 yaşlı uşaq su hovuzuna düşüb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, rayonun Sərkar kəndində 2014-cü il təvəllüdlü Namazov Mürşüd Röyal oğlu həyətdə dərinliyi 1-1,5 metr olan su hovuzuna düşərək boğulub. Valideynləri azyaşlını hovuzdan çıxartsalar da, onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma gedir.