Şirvan şəhərində bir neçə gün əvvəl itkin düşən qızlar tapılıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, 17 gün əvvəl yoxa çıxan nişanlı qızlar bu gün evlərinə dönüblər. Onlar mətbuatda bu barədə məlumat yayılandan sonra bu addımı atdıqlarını açıqlayıblar.

İtkin düşən qızlardan biri - Aytac Zahidovanın anası Flora Zahidova deyib ki, qızlar yayımlanan videoya baxdıqdan sonra evə qayıtmağa qərar veriblər: "Onlar Bakıda marketlərdən birində işləyiblər. Telefonlarını satıb özlərinə çörəkpulu ediblər.

Qeyd edək ki, Şirvan sakinləri, 17 yaşlı Zahidova Aytac Yasər qızı və 18 yaşlı Quliyeva Əfsanə Allahverdi qızı mayın 26-da evdən çıxıb və geri qayıtmayıblar.

Aytac Zahidovanın anası Flora Zahidova nişanlı olan qızı Aytac və oğluna nişanlı olan gəlini Əfsanənin itkin düşmələri barədə Şirvan Polis Şöbəsinə yazılı müraciət olunduğunu bildirmişdi.