Şəki rayonunda avtomobil çaya aşıb.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında şəhər ərazisində baş verib.

Belə ki, Şəki sakini Tural Bəlyar oğlu Həbillayev idarə etdiyi 55-BU-586 dövlət nömrə nişanlı "VAZ-21015" markalı avtomobillə 20 Yanvar küçəsi ilə hərəkətdə olarkən anidən idaretməni itirib maşını Qurcana çayına aşırıb. Nəticədə avtomobildə olan sərnişinlərdən biri - Leyla Vaqif qızı Əlixanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona boyun nayihəsinin qapalı travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırmalar aparılır.