Tovuzda döyülmə faktı qeydə alınıb.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, rayonun Düzqırığlı kənd sakini, 1991-ci il təvəllüdlü Əli Seyidov müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.

Ə.Seyidovun dediyinə görə, o, tanışları tərəfindən ad günü məclisində döyülüb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.