Mingəçevir şəhərində azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ağır bədən xəsarəti alıb.

Unikal.org-un apa-ya istinadən xəbərinə görə, hadisə şəhərin Təbriz küçəsi 2, mənzil 16 ünvanında qeydə alınıb.

2012-ci il təvəllüdlü Salmanov Ayxan Daşdəmir oğlu həyətdəki əncir ağacına çıxıb və 2 metr hündürlükdən yerə yıxılaraq başından ağır xəsarət alıb.

Şəhər mərkəzi xəstəxanasına çatdırılan azyaşlı uşaq dərhal əməliyyat olunub. Hazırda onun vəziyyəti ağır olaraq qalır.