Bakının Yasamal rayonunda vurulan piyada xəstəxanada dünyasını dəyişib.

Unikal.org "Report"a istinadən bildirir ki, hadisə ötən gün Bakı metropoliteninin "Elmlər Akademiyası" stansiyası yaxınlığında, 1955-ci il təvəllüdlü Ağayeva Rumiyyə Muhammədsayeviç yolu keçmək istəyən zaman baş verib.

"Lada Priora" markalı maşın qadını vurub. Nəticədə o, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Bu gün isə R.Ağayeva xəstəxanada ölüb. Hadisəni törədən sürücü saxlanılıb. Onun maşın cərimə meydançasına aparılıb.