Bakıda bir neçə gün əvvəl tikilən binadan yıxılan fəhlə ölüb.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda Şıxov çimərliyinin yaxınlığında qeydə alınıb.
Mayın 25-də Salyan şossesində bina tikintisi zamanı 1971-ci il təvəllüdlü Novruzov Elşad Ağakişi oğlu binanın yuxarı mərtəbsindən ehtiyyatsızlıqdan yerə yıxılıb. O, ağır xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq E.Novruzov bu gün xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.