Bakıda sevgilisinin şikayəti əsasında həbs edilən biznesmen azadlığa buraxılıb.
Unikal.org trend-ə istinadən xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov məlumat verib.
Vəkil bildirib ki, 2016-cı ilin oktyabr ayında Mirzəyev İlqar Sahib oğlu Bakı Sosial Kollecinin müəlliməsi Mehriban adlı qadının şikayəti əsasında Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci ( hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
İttihama görə, Mehriban adlı xanım öz sevgilisi olan Mirzəyev İlqar Sahib oğlu tərəfindən şantaj edilib və İ.Mirzəyev qadından 100 min ABŞ dolları dəyərində avtomobilini və hər ay 3 min manat pul verməsini tələb edib. Araşdırmalar zamanı hər iki şəxs üzləşdirilib və qadın qisas almaq üçün İ.Mirzəyevə şər atdığını etiraf edib. İyunun 12-də İ.Mirzəyev barəsindəki ittiham sübuta yetirilməyib və İ.Mirzəyev bəraət alaraq azadlığa buraxılıb.