Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qarabağ su kanalının Ağcabədi rayonunun Qaradolaq kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Unikal.org-un FHN-in saytına istinadən verdiyi məlumata görə, Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub, vətəndaşın axtarışlarına başlanılıb.
Əlavə məlumat veriləcək.