Bu gün Bakı-Sumqayıt şossesində iki avtobusun toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, şahidlər "Qafqazinfoya bildiriblər ki, hadisə Bakı Beynəlxaq Avtovağzalının yaxınlığındakı dayanacaqda baş verib.

Belə ki, 135 nömrəli marşrut avtobusu dayanacaqda gözləyən 199 nömrəli marşrut avtobusuna arxadan toqquşub.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Yüngül xəsarət alanların olduğu bildirilir.