Tovuz rayonunda 25 yaşlı qadın ağrıkəsici dərmandan zəhərlənib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Köhnə Qala kəndində baş verib.
Belə ki, həmin kəndin sakini, 1992-ci il təvəllüdlü Sədaqət Cabbar qızı Abbasova ağrıkəsici dərmanı həddindən çox istifadə etdiyi üçün zəhərlənib. Ailəsi tərəfindən xəstəxanaya yerləşdirilən qadının vəziyyətinin ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.