Bakıda mənzildə Türkiyə vətəndaşının meyiti tapılıb.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

Türkiyə vətəndaşı, 1970-ci il təvəllüdlü Faxri Abdullah Demircanın yaşadığı evdə meyiti tapılıb. Onun ürək tutmasından öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.