Bu gün axşam saatlarında Şəki rayonunun Aşağı Daşağıl kəndində yanğın baş verib.

Unikal.org-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, kənd sakini Bayramov Eyvaz Vaxtsız oğlunun yaşadığı evin həyətində tikilmiş, ümumi sahəsi 84 kv. m olan tövlədə yanğın baş verib. Nəticədə 2 baş iri buynuzlu və 8 baş xırda buynuzlu olmaqla, ümumilikdə 10 baş heyvan tüstüdən boğularaq tələf olub. Bununla bərabər tövlənin yanar konstruksiyaları və 6 ton ot yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb edilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.

Faktla bağlı araşdırma aparılır.