Tovuzun Düzqırıqlı kəndində 4 yaşlı uşaq benzindən zəhərlənib.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, 2013-cü il təvəllüdlü rayon sakini Afət Gündüz qızı Abbaslı səhvən benzin içib.

Xəstəxanaya aparılan uşağa həkimlər tibbi yardım göstəriblər. Hazırda onun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.