Bakıda 16 yaşlı məktəbli itkin düşüb. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsi X.Xasməmmədov küçəsində yerləşən məktəb-liseydə oxuyan 2001-ci il təvəllüdlü Məhərrəmzadə Dərya İlkin oğlu iyunun 12-də dərsdən çıxıb və həmin vaxtdan sonra ondan xəbər almaq mümkün olmayıb. 16 yaşlı oğlanın yaxınları onun itkin düşməsi ilə bağlı polisə müraciət edib.
Axtarış tədbirləri həyata keçirilir.