Bakıda 40 yaşlı kişi küçədə ölüb.

Unikal.org lent.az-a isinadən xəbər verir ki, 1977-ci il təvəllüdlü Qəniyev Mirhafiz Çingiz oğlu Zığ şosesində yaşadığı binanın qarşısında yıxılıb. Bu zaman onun başı yerə dəyib və ağır-kəllə beyin travması alıb. Xəstəxanaya aparılan M.Qəniyev həkimlərin səyinə baxmayaraq vəfat edib.

Yaxınları bildiriblər ki, M.Qəniyev epilepsiya xəstəsi olub və xəstəliyinin təsirindən yıxılıb.

Araşdırma aparılır.