Şirvan şəhər sakini bədbəxt hadisə nəticəsində ölüb.

Unikal.org apa-ya istinadən xəbər verir kİ, Şirvan sakini, 1941-ci il təvəllüdlü Balaşov Qulamhüseyn Məhərrəm oğlu yaşadığı evin həyətindəki üzüm çardağından yıxılaraq kəllə-beyin travması alıb.

Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Q. Balaşov orada dünyasını dəyişib.