Ucar rayonunda yol qəzasında xəsarət alan məzunların adları məlum olub.

Unikal.org report-a istinadən xəbər verir ki, Göyçay rayon sakini, 1995-cü il təvəllüdlü Namiq Alik oğlu Məmmədov kirayə götürdüyü "VAZ-2107" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarında olan "Mercedes" markalı avtomobilə çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - Göyçay şəhər 7 saylı orta məktəbin XI sinif şagirdləri, 2000-ci il təvəllüdlü Fərhad Siyavuş oğlu Əhmədov və 1999-cu il təvəllüdlü İlham Ceyhun oğlu Əhmədov xəsarət alıblar.

16:26

Ucar rayonunda orta məktəb məzunları yol qəzasına düşüb, xəsarət alanlar var.

Unikal.org report-a istinadən xəbər  verir ki, hadisə bu gün 15:30 radələrinə şəhərin mərkəzində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində minik maşınlarında olan sürücü və sərnişinlər XI sinif məzunlarıdır.

Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda əsarət alanların şəxsiyyəti təqiqləşdirilir.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.