Bu gün yerli vaxtla saat 15:12:59-da Lerikdən 20 km şimal-şərqdə 3 bal gücündə zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən unikal.org-a bildirilib ki, zəlzələnin maqnitudası 3,2, dərinliyi 29 km olub.
Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.