Bakıda itkin düşən yeniyetmə tapılıb.

Unikal.org xəbər verir ki, bu barədə report-a itkin düşən 16 yaşlı Dərya İlkin oğlu Məhərrəmzadənin qohumları məlumat verib.

Məlumata görə, iki gün əvvəl təhsil aldığı məktəbə gedən D.Məhərrəmzadə sinif yoldaşları ilə görüşdükdən sonra naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. O, bu gün özü evə gəlib və onun harada olduğu barədə hələlik açıqlama verilmir. Ailəsinə bildirib ki, polisə müvafiq izahat verilib.

Xatırladaq ki, D.Məhərrəmzadə Bakı şəhərində 12 saylı Peşə liseyində aşbazlıq üzrə təhsil alır.