Mingəçevir şəhər sakini su anbarında çimərkən batmaq təhlükəsi ilə üzləşib.
Unikal.org-un report-a istinadən məlumatına görə, Mingəçevir şəhərinin Şah İsmayıl Xətai küçəsi 14a, mənzil 20 ünvanında yaşayan 2000-ci il təvəllüdlü Hüseyin Aqil oğlu Abbasəliyev Fövqəladə Hallar Nazirliyin (FHN) Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi və Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən xilas edilib.
Onun bu il Mingəçevir şəhər N.Nərimanov adına 1 saylı orta məktəbdən məzun olduğu və təhsil müəssisəsində keçirilən "Son zəng mərasimindən sonra dostları ilə birlikdə su anbarındakı çimərliyə getdiyi məlum olub.
Hazırda H.Abbasəliyevin vəziyyətinin sabit olduğu bildirilir