Xudat-Susay yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Unikal.org report-a  istinadən xəbər verir ki, qəza hazırda markası bilinməyən avtomobilin dərəyə yuvarlanması nəticəsində qeydə alınıb.

Yaralılar "təcili yardım" maşınları ilə Xudat və Xaçmaz xəstəxanalarına aparılıblar. Onlardan biri - Qusar rayonu, 1991-ci il təvəllüdlü Əniqoba kənd sakini Hacıverdiyev Elşən Rövşən oğlu ağır açıq kəllə-beyin travması, baş beyinin əzilməsi, sağ tərəfdən qabırğaların sınığı, boyun fəqərələrinin sınığı diaqnozu ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına qəbul olunub. Xəstənin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalar aparılır.