İsmayıllıda yanğın qeydə alınıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, İsmayıllı rayonu, İstisu kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m2 olan mansard tipli birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Evə bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 02:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.