Bakıda yanğın qeydə alınıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları və yük hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.