Ötən gün Sumqayıtda dəhşətli qəza baş verib.

Unikal.org Baku.ws istinadən xəbər verir ki, 17-ci mikrarayon ərazisində, İsmət Qayıbov küçəsində "KamAZ"la "VAZ 2107" toqquşub.

Hadisə şahidlərinin verdiyi məlumata görə, qəzaya səbəb "VAZ 2107" sürücüsünün düzgün manevr etməməsi olub. "KamAZ"ın qəfil qarşısına çıxan "VAZ 2107" qəzaya səbəb olub.

Məlumata görə, "VAZ 2107" sürücüsü ağır yaralanıb və dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıb.