Adanada təcrübəsiz avtopark işçsi Özkan Çulla dayanacaqda müştərinin avtomobilini park edərkən maşının sürət əyləcini birdən sıxması qəza ilə nəticələnib.
Unikal.org xəbər verir ki, avtopark işçisi bilmədən avtomobilin sürət əyləcini sıxması nəticəsində sükan idarəsini itirməsi nəticəsində banka girib.
Qəzanı eşidib hadisə yerinə gələn avtomobilin sahibi, bankın içində avtomobilini görüncə şok olub.
Qəza zamanı bankın təhlükəsizlik işçisi 34 yaşındakı Soner Kıranbay avtomobilin altında qalaraq ayağından yaralanıb. Yaralanan təhlükəsizlik işçisi təcili yardımla xəstəxanaya aparılıb.