Bu gün Bakı metrosunun "İçəri şəhər" stansiyasında qadının halı pisləşib.
Unikal.org Milli.Az-a istinadən xəbər verir ki, təxminən 40 yaşlarında olan xanımın halı qəflətən dəyişib.
Müvazinəti itirən qadına görə təcili tibbi yardım çağırılıb.
Həkim briqadası qadına tibbi yardım göstərdikdən sonra səhhəti normallaşıb.