Bakı-Qazax avtomobil yolunun Goranboy rayonunun Borsunlu kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org-un apa-ya istinadən məlumatına görə, yolun 330-cu kilometrliyində VAZ-2107 ilə "Mercedes markalı avtomobillər toqquşub.
Nəticədə VAZ-da olan sərnişinlər - 1962-ci il təvəllüdlü Mərziyyə Məmmədova, onun gəlini 1984-cü il təvəllüdlü Təranə Məmmədova və T. Məmmədovanın övladları - 10 yaşlı Raul, 9 yaşlı Nadil və 40 günlük Rəsul müxtəlif bədən xəsarətləri alıblar. Uşaqlar Gəncə 2 saylı Birləşmiş Uşaq xəstəxanasına, M. Məmmədova və T. Məmmədova isə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.