Göyçay rayonu, Ləkçılpaq kəndində yanğın qeydə alınıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Göyçay rayonu, Ləkçılpaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan tövlənin çardağının yanar konstruksiyaları və 1 ton ot bağlaması yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.